Rabitə ixtisaslı zabitlərlə təlim-metodiki toplanış keçirilib
2026-cı ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanış zamanı rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri bilikləri təkmilləşdirilib, praktiki bacarıqları inkişaf etdirilib. İştirakçılara ordumuzun rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələri barədə məlumat verilib, onların döyüş imkanları praktiki olaraq nümayiş olunub.
Tədbirdə “Azərkosmos” ASC-nin fəaliyyət istiqamətləri, həmçinin ölkəmizdəki qabaqcıl şirkətlərin istehsal etdiyi yeni texnologiyalar və onların döyüş imkanları barədə təqdimatlar verilib.








