Ramazanın 2-ci gününün duası -

Ramazanın 2-ci gününün duası - imsak və iftar vaxtı

19 Fevral 2026

Sabah Ramazan ayının ikinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda fevral ayının 20-də imsak vaxtı saat 06:20- də, iftar vaxtı isə saat 18:54 - dadır.

Ramazan ayının 2-ci gününün duası:

"İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!".

İftar duası:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

 Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

 Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

 Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

 Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

 Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

 Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq