Azərbaycandakı maliyyə institutları "Öz müştərini tanı" sisteminə qoşulacaq

Azərbaycandakı maliyyə institutları "Öz müştərini tanı" sisteminə qoşulacaq

26 May 2026

Azərbaycandakı maliyyə institutlarının "Öz müştərini tanı" sisteminə qoşulması nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, paylanılmış "Öz müştərini tanı" sisteminə qoşulan maliyyə institutlarının payının 30 % çatdırılması hədəflənir. 2025-ci ildə bu göstərici 0 % olub.

Bundan başqa, proqramda deyilir ki, ödəniş xidməti təchizatçılarının "Açıq bankçılıq" modelini tətbiq etməsi, onların payının indiki 0 %-dən 10 %-ə çatdırılması nəzərdə tutulur.