Adambaşına düşən sığorta haqqı bu qədər olacaq
2030-cu ilə qədər Azərbaycanda adambaşına düşən sığorta haqqının 220 manata çatdırılması nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, 2025-ci ildə bu rəqəm 147 manat olub.
Bundan başqa, proqramda deyilir ki, yaxın 4 ildə unikal sığorta müqaviləsi sahiblərinin ümumi sayının (həyat və qeyri-həyat üzrə)
yetkin əhalinin sayında payının 25 %-dən 32 %-ə çatdırılması hədəflənir.








