İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib -

İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib - FOTO

26 May 2026

Mayın 26-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaş qəbulu keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların sahibkarlıq fəaliyyəti və işə qəbul məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Qəbul zamanı vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış cavab və izahlar verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.