Türkiyədən Azərbaycana gətirilən şaftalı və nektarin tingində virus aşkarlanıb -

Türkiyədən Azərbaycana gətirilən şaftalı və nektarin tingində virus aşkarlanıb - FOTO

19 Fevral 2026

Türkiyədən Azərbaycana gətirilən şaftalı və nektarin tingində Şarka virusu aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, nəzarət tədbirləri çərçivəsində "Agro Plant" MMC-nin və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlunun Türkiyədən idxal etdiyi tinglərdən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Tinglərdə karantin tətbiq edilən Şarka virusu aşkarlanıb.

Faktla bağlı müvafiq qərar qəbul edilib, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.

Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.