İqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə vətəndaşları qəbul edib -

İqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə vətəndaşları qəbul edib - FOTO

19 Fevral 2026

Fevralın 19-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Sədərəkdə  vətəndaş qəbulu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciəti əsasən ictimai iaşə və ticarət obyektlərinin tikintisi, heyvandarlıq və ailə təsərrüfatlarının genişləndirilməsi  məqsədilə güzəştli maliyyə dəstəyinin ayrılması və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydaları barədə izahlar verilib, Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.