Xanlar Mustafayev fevralın 19-da Babək rayonunda vətəndaşları qəbul edib -

Xanlar Mustafayev fevralın 19-da Babək rayonunda vətəndaşları qəbul edib - FOTO

19 Fevral 2026

Əvvəlcə nazir Xanlar Mustafayev və Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov  Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbul zamanı vətəndaşların işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinə isə qanunvericiliyin tələbləri çərçivəsində baxılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.