Vens sülh prosesindəki səylərinə görə Azərbaycan və Ermənistana təşəkkür edib

Vens sülh prosesindəki səylərinə görə Azərbaycan və Ermənistana təşəkkür edib

19 Fevral 2026

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında çıxış edən Vens bu yaxınlarda Ermənistan və Azərbaycana səfər etdiyini xatırladıb.

“Biz sizin tərəfdaşlığınıza görə minnətdarıq, xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti və Ermənistan Baş naziri barədə düşünürəm. Bunu mümkün etdiyiniz və gerçək liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirəm. Silahları və dağıntıları bir kənara qoyub insanlara və rifaha sərmayə yatırdıqda böyük nailiyyətlər əldə etmək mümkündür. Beləliklə, etdiyiniz işlər üçün hər ikinizə təşəkkür edirəm”, - o qeyd edib.