Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə olacaq
6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 23:00-dan etibarən həmin ərazilərin bəzi ünvanlarında suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Məsələ ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “545-01-93” nömrəli Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.








