Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq
Azərbaycan kikboksçusu Şikar Bədəlov Türkiyənin İstanbul şəhərində keçiriləcək “Oğuz Döyüş Gecəsi” turnirində mübarizə aparacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə 40 yaşlı idmançının özü məlumat verib. Dünya kəmərinin sahibi olan döyüşçü 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq. Onun rəqibi hələlik bəlli deyil.
Martın 28-də təşkil olunacaq yarış gecəsində Avropa və dünya səviyyəli döyüşçülərlə yanaşı, gənc və perspektivli idmançılar da çıxış edəcəklər.
Qeyd edək ki, Şikar Bədəlov çıxdığı 18 döyüşdə 15-i nokaut olmaqla 17 dəfə qalib gəlib.








