Naxçıvanın Babək, Culfa və Şahbuz şəhərlərində “Sağlam məhəllə”lər istifadəyə verilib - FOTO
Fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Şahbuz şəhərlərində yaradılan “Sağlam məhəllə”lər istifadəyə verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, həmçinin müvafiq rayonların icra hakimiyyəti rəhbərləri iştirak ediblər.
Layihə çərçivəsində hər üç şəhərdə müasir idman zonaları yaradılıb. Bu zonalarda minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat masaları, eləcə də müxtəlif trenajor avadanlıqları quraşdırılıb.
Tədbir zamanı gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla görüşüb, onlarla söhbət aparıb və yaradılan şəraitlə maraqlanıb. Layihənin əsas məqsədinin əhalinin, xüsusilə uşaq və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi olduğu vurğulanıb.











