Fərid Qayıbov: Naxçıvanda gəncləri dinlədik, fikir və ideyaları ilə yaxından tanış olduq

Fərid Qayıbov: Naxçıvanda gəncləri dinlədik, fikir və ideyaları ilə yaxından tanış olduq

06 Fevral 2026

Gənclər və idman naziri Fərid Qayıbov bunu “NAXÇIVANXƏBƏRLƏRİ”nə müsahibəsində bildirib. Nazir qeyd edib ki, Naxçıvanda gənclərlə keçirilən görüş olduqca maraqlı və məhsuldar keçib:

“Biz gənclərlə görüş keçirdik, onları dinlədik, fikir və ideyaları ilə yaxından tanış olduq. Bu cür görüşlər bizim üçün çox önəmlidir”.

Fərid Qayıbov həmçinin bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasının Babək, Culfa və Şahbuz rayonlarında “Sağlam məhəllə” layihələrinin açılışı olub:

“Bu layihələrin icrasına artıq başlamışıq. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası olaraq Naxçıvanda həyata keçirilən ‘Sağlam məhəllə’ layihələri gələcəkdə Azərbaycanın digər bölgələrində də tətbiq olunacaq”.

Nazir səfərlə bağlı təəssüratlarını da bölüşərək vurğulayıb ki, gün olduqca maraqlı keçib:

“Günümüz çox tez və maraqlı keçdi. Naxçıvan çox gözəldir və növbəti gəlişimizi artıq planlaşdırırıq”.

Müsahibəni hazırladı: 

Mənsurə Hümbətova