Naxçıvanda amnistiya aktının tətbiqi davam etdirilir

Naxçıvanda amnistiya aktının tətbiqi davam etdirilir

29 Yanvar 2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatına daxil olan amnistiyanın təsir dairəsinə düşən yeni işlər üzrə amnistiya aktının tətbiqi davam edir.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Sahil Həsənov “NAXÇIVANXƏBƏRLƏRİ”-nə verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, bu günədək amnistiya aktı Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının icraatında olan və amnistiyanın tətbiq dairəsinə düşən ümumilikdə 158 nəfərə şamil edilib.

Qeyd olunub ki, həmin şəxslərdən 122 nəfər prokurorluq orqanlarının razılığı ilə icra məmurlarının qərarları əsasında, 36 nəfər isə icra məmurlarının müvafiq məhkəmələrə verdiyi təqdimatlar əsasında məhkəmə qərarı ilə cəzadan azad olunub.

Amnistiya aktının tətbiqi ilə bağlı tədbirlərin mərhələli şəkildə davam etdirildiyi bildirilib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov