Ötən ay PUA vasitəsilə narkotiklərin ölkəyə keçirilməsinin qarşısı 2 halda alınıb

Ötən ay PUA vasitəsilə narkotiklərin ölkəyə keçirilməsinin qarşısı 2 halda alınıb

03 Fevral 2026

Keçən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.