Naxçıvanda fevralın 3-4-də yağıntılı hava şəraiti gözlənilir
Naxçıvan Muxtar Respublikası ərazisində fevralın 3-də və 4-də hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə qar yağacağı, arabir duman müşahidə ediləcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gündüz saatlarında 4–9 dərəcə isti, gecə saatlarında isə 1–6 dərəcə şaxta təşkil edəcək.
Qeyd olunan hava şəraiti ilə bağlı proqnozun özünü doğrultma ehtimalı təxminən 60-70 faiz təşkil edir.








