Naxçıvanda bir neçə gün yağışlı hava şəraiti gözlənilir

Naxçıvanda bir neçə gün yağışlı hava şəraiti gözlənilir

27 Noyabr 2026

Noyabrın 29-u axşam saatlarından dekabrın 2-si axşamadək Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir.

Qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.