Naxçıvan Qaziləri İctimai Birliyi ilə Naxçıvan Vəkillər Kollegiyası arasında görüş keçirilib -

Naxçıvan Qaziləri İctimai Birliyi ilə Naxçıvan Vəkillər Kollegiyası arasında görüş keçirilib - FOTO

27 Noyabr 2026

Naxçıvan Qaziləri İctimai Birliyinin İdarə Heyətinin üzvləri Naxçıvan Vəkillər Kollegiyası ilə görüş keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı qazilərin hüquqlarının müdafiəsi, onların hüquqi problemlərinin həllinə dəstək göstərilməsi, hüquqi maarifləndirmə tədbirlərinin təşkili, hüquqi məsləhət xidmətlərinin göstərilməsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər qazilərin hüquqi yardım imkanlarının genişləndirilməsi, onların qarşılaşdıqları hüquqi məsələlərin operativ həlli, hüquq və qanunvericilik sahəsində məlumatlandırılması məqsədilə birgə fəaliyyətin təşkili ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, qazilərin hüquqlarının qorunması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Naxçıvan Qaziləri İctimai Birliyi qazilərin hüquqlarının müdafiəsi, onların sosial, hüquqi və digər problemlərinin həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.