İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

28 Noyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dövlət başçısının imzaladığı Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.