Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbul üçün müsabiqə elan edilib

03 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün müsabiqə elan edilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Müsabiqəyə sənəd qəbulu 03 fevral 2026-cı il tarixdən 23 fevral 2026-cı il tarixinədək saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud  ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.

Namizədlər mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları ilə nazirliyin nculture.gov.az saytı və İnstagram səhifəsinin status bölməsindən tanış ola bilərlər.

Müsabiqə iştirak etmək istəyən namizədlərdən qeydiyyata gəlməzdən əvvəl müvafiq vakant yerlərlə tanış olmaları xahiş olunur:

Keçid linkləri:

Vakansiyalar: https://nculture.gov.az/storage/pdf/2026_20_ise_20_qebul/Vakansiyalar%20inzibati%20-%2003.02.2026.pdf

İşə qəbul qaydaları: https://nculture.gov.az/i-s-q-bulqydlr

Vəzifə təlimatları: https://nculture.gov.az/storage/pdf/2026_20_ise_20_qebul/V%C9%99zif%C9%99%20t%C9%99limatlar%C4%B1%202026.pdf

Müsahibə proqramları: https://nculture.gov.az/storage/pdf/2026_20_ise_20_qebul/M%C3%BCsahib%C9%99%20proqramlar%C4%B1%202026.pdf