NQTA sədri Kəngərlidə vətəndaşları qəbul edəcək

NQTA sədri Kəngərlidə vətəndaşları qəbul edəcək

02 Fevral 2026

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2026-cı ilin fevral ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov fevral ayının 4-ü saat 11:00-da Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq fevralın 3-dək qəbula yazıla bilərlər.