"TikTok"da "Velizarofficial" adlı səhifəni idarə edən şəxs həbs olunub

"TikTok"da "Velizarofficial" adlı səhifəni idarə edən şəxs həbs olunub

02 Fevral 2026

"TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə "Velizarofficial" adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.