Ötən il altı şəxs barəsində beş qəsdən adam öldürmə faktı məhkəməyə göndərilib

Ötən il altı şəxs barəsində beş qəsdən adam öldürmə faktı məhkəməyə göndərilib

28 Yanvar 2026

Ötən il Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.

Bildirilib ki, bunlardan altı şəxs barəsində beş iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.