Bu il ölkə ərazisində neçə cinayət qeydə alınıb?

Bu il ölkə ərazisində neçə cinayət qeydə alınıb?

28 Yanvar 2026

Ötən il ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.

O bildirib ki, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.