Naxçıvan şəhərində 3 avtomobil toqquşub - FOTO
Hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 75-TA-476 dövlət nömrə nişanlı "Naz-Lifan", 75-BF-176 dövlət nömrə nişanlı "VAZ 2106" və 75-BL-674 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillər toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.









