Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Hadisə Naxçıvan-Culfa magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 72-BC-195 dövlət nömrə nişanlı "Niva" markalı avtomobillə 72-BC-683 dövlət nömrə nişanlı "Daewoo Nexia" markalı avtomobil toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Qasımlı Qasım David oğlu, 1979-cu il təvəllüdlü Seyidov Niyaməddin Mirdaməd oğlu və 1959-cu il təvəllüdlü Rzayev Kazım Yəhya oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.










