Azərbaycan səfirlik, daimi nümayəndəlik, konsulluq əsasnamələri təsdiqlənib -

Azərbaycan səfirlik, daimi nümayəndəlik, konsulluq əsasnamələri təsdiqlənib - FƏRMAN

03 Aprel 2026

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə" Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə" isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil edilir.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Sözügedən əsasnamələri təqdim edirik:

Azərbaycan Respublikasının Səfirliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Konsulluğu haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının fəxri konsulu haqqında ƏSASNAMƏ