Azərbaycanın Mərakeş və Suriya ilə imzaladığı sazişlər təsdiqlənib - FƏRMAN
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dövlət başçısının digər Fərmanı ilə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş" təsdiq edilib.








