Dəmiryol vağzallarında elektron siqaret çəkənləri nə qədər cərimə gözləyir?

Dəmiryol vağzallarında elektron siqaret çəkənləri nə qədər cərimə gözləyir?

31 Mart 2026

İnzibati Xətalar Məcəlləsinə əsasən, sabahdan Azərbaycanda qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat cərimə tətbiq ediləcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirlib ki, "Tütün və tütün məmulatları haqqında Qanun"la aprelin 1-dən ölkədə elektron siqaretlərin istifadəsi qadağan edilir.

"Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin", - məlumatda qeyd olunub.