Naxçıvanda FHN bayram günlərində 5 hadisəyə müdaxilə edib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Ramazan və Novruz bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Nazirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin olunması, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hallara çevik reaksiya verilməsi, eləcə də mümkün nəticələrin operativ aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında bayram günlərində nazirliyin aidiyyəti qurumları tərəfindən ümumilikdə 3 yanğın hadisəsinə çıxış edilib, həmçinin 2 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.








