Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı müzakirə olunub

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı müzakirə olunub

31 Mart 2026

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri Reyhanə Əsgərova, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” barədə məlumat verib, səsləndirilən fikirlərə münasibət bildirib, deputatların suallarına aydınlıq gətiriblər.

Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.