Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

31 Mart 2026

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nə verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.