Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir

Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir

31 Mart 2026

Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib.

"Cəmi bir ay ərzində biz şərtləri müəyyən etdik. Qarşıdan gələn günlər həlledici olacaq. İran bunu bilir və hərbi baxımdan onlar demək olar ki, bununla bağlı heç nə edə bilməzlər. Bəli, onlar hələ də raketlər buraxacaqlar, lakin biz onları vuracağıq", - o bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.