Tramp İranı ABŞ ilə danışıqlara tələsməyə çağırıb

Tramp İranı ABŞ ilə danışıqlara tələsməyə çağırıb

26 Mart 2026

ABŞ Prezidenti Donald Tramp İranı tələsməyə və ölkəsi ilə danışıqlara ciddi yanaşmağa çağırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.

"İran danışıqçıları çox fərqlidirlər və onlar "qəribədirlər". Onlar razılaşma bağlamaq üçün bizə "yalvarırlar" və belə də olmalıdır, çünki onların hərbi potensialı tamamilə darmadağın edilib və bərpa olunma şansları yoxdur, lakin açıq şəkildə bəyan edirlər ki, sadəcə "təklifimizi nəzərdən keçirirlər". YANLIŞDIR!!!", - o yazıb.

Tramp vurğulayıb ki, İranın buna mümkün qədər tez ciddi yanaşması daha yaxşı olar:

"Nə qədər ki, "çox gec deyil", çünki bundan sonra artıq geriyə yol olmayacaq və "hər şey pis bitəcək".