Pezeşkian Hörmüz boğazının hansı ölkələr üçün bağlandığını açıqlayıb
Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Hörmüz boğazı İran ərazisinə hücum edənlər istisna olmaqla, bütün ölkələrdən gələn gəmilər üçün açıqdır", - deyə o əlavə edib.
Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsinə qarşı yönəlmiş çarəsizliyin sübutudur:
"Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hamı üçün açıqdır. Döyüş meydanında dəli təhdidlərə qarşı möhkəm dururuq".








