Qətərdə helikopter qəzasında 3 türk həlak olub
Qətərdə helikopter qəzasında 3 türk həlak olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, iki nəfər ASELSAN müdafiə sənayesi şirkətinin əməkdaşıdır.
Nazirlik qeyd edib ki, Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində davam edir.
Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib. Həlak olanların 6-nın meyiti tapılıb.








