Naxçıvanda Novruz bayramı tədbiri maraqla izlənilir - FOTO
Novruz bayramı ilə əlaqədar olaraq "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində keçirilən şənlik proqramlar davam edir. Keçirilən şənlik şəhər sakinlərinin böyük marağına səbəb olur. "NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bayram çərçivəsində xalqın zəngin mədəni irsini əks etdirən müxtəlif folklor çıxışları nümayiş olunur. Bununla yanaşı, ərazidə təşkil edilən sərgilərdə təhsil, incəsənət və sənətkarlıq sahələrinə aid nümunələr təqdim olunur. Ziyarətçilər əl işləri ilə yaxından tanış olur, gənclərin hazırladığı layihələri izləmək imkanı qazanırlar. Bu gün saat 19:00-da Mərdan Kazımovun ifasında musiqi nömrələri təqdim olunacaq. Qeyd edək ki, Naxçıvanda bayram tədbirləri qarşıdakı günlərdə də davam etdiriləcək.












