Naxçıvanda Novruz şənlikləri davam edir -

Naxçıvanda Novruz şənlikləri davam edir - FOTO

21 Mart 2026

Novruz bayramı münasibətilə  "Naxçıvanqala" Tarix Memarlıq Muzey Kompleksində təşkil olunan bayram şənliyi  davam edir. Bayram tədbiri bu gün də sakinlər və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şənlik çərçivəsində milli adət-ənənələri əks etdirən müxtəlif folklor nümunələri təqdim olunur. Müxtəlif rayonları təmsil edən folklor kollektivləri, musiqi qrupları və rəqs ansamblları çıxış edərək iştirakçılara xoş anlar yaşadır. Milli musiqi alətlərində ifalar və rəngarəng kompozisiyalar tədbirə xüsusi ovqat qatır.

Eyni zamanda, ərazidə qurulan sərgi və stendlərdə təhsil, yaradıcılıq və sənətkarlıq nümunələri nümayiş olunur. Ziyarətçilər müxtəlif əl işləri ilə tanış olur, gənclərin hazırladıqları layihələrə baxış keçirirlər.

Bayram proqramı çərçivəsində idman növləri üzrə nümunəvi çıxışlar da təqdim edilir, bu isə tədbirə əlavə maraq qatır.

Qeyd edək ki, Novruz şənlikləri Naxçıvanda növbəti günlərdə də davam edəcək.