Paşinyan: Onlar “sentyabr müharibəsinə” hazırlaşırlar

Paşinyan: Onlar “sentyabr müharibəsinə” hazırlaşırlar

19 Mart 2026

Ermənistanda sülh gündəliyinə yenidən baxılmasını istəyən siyasi qüvvələr var və bu iyundakı parlament seçkilərindən sonra yeni müharibəyə yol aça bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistanda müəyyən dairələr var ki, hakimiyyətə gələcəkləri təqdirdə sülh gündəliyinə yenidən baxmağı planlaşdırırlar. Bu qüvvələrin hamısı sülhün reviziyası mövqeyindən çıxış edir ki, bu da seçkilərdən qısa müddət sonra, ən gec isə payızda müharibənin labüd olacağı anlamına gəlir”, — deyə Nikol Paşinyan cümə axşamı brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, bu cür bəyanatlar ölkə üçün ağır nəticələr doğura bilər.

“Bütün bu qüvvələr özlərinin nə dediyini belə anlamır. Onlar başqaları tərəfindən yazılmış mətnləri səsləndirirlər və Ermənistanda hər hansı rəsmi statusa iddia edə bilməzlər... Onlar ağır fəsadları olacaq yeni sentyabr müharibəsinə hazırlaşırlar”, - deyə Nikol Paşinyan qeyd edib.