Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Azərbaycanda 2025-ci ildə 187 uşaqda vərəmə yoluxma aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, Azərbaycanda vərəmə yoluxmada müsbət göstərici müşahidə olunur: "Əgər 2015-ci ildə 436 uşaqda aktiv vərəm xəstəliyi aşkarlanırdısa, 2025-ci ildə bu say 187-yə düşüb".
İ.Axundova onu da qeyd edib ki, 10 il bundan əvvəl hər min nəfərdə 45-42 vərəm faktı aşkarlanırdısa, 2025-ci ildə bu say 21-25-dir.








