Nadir xəstəliklər üçün dərmanların siyahısı genişləndirilib
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Trikafta", "Kalideko" , "Orencia" , "Livmarli" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.








