Laçında bir il ərzində 12 898 sayda müxtəlif tibbi xidmətlər göstərilib

Laçında bir il ərzində 12 898 sayda müxtəlif tibbi xidmətlər göstərilib

13 Mart 2026

Ötən ilin mart ayından fəaliyyətə başlayan Laçın Rayon Mərkəzi Xəstəxanasında bir il ərzində 12 898 sayda müxtəlif tibbi xidmətlər göstərilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım şöbəsində bir il ərzində 7000-ə yaxın pasiyentə tibbi xidmət göstərilib. Sözügedən şöbəyə 6 998 müraciət daxil olub. Hazırda şöbədə 5 nəfər həkim, 6 nəfər orta tibb işçisi olmaqla ümumilikdə 22 əməkdaş fəaliyyət göstərir.

Qeyd edək ki, şöbədə ilkin tibbi müayinə, triaj, ürək-ağciyər reanimasiyası (CPR), süni tənəffüs və oksigen terapiyası, şok vəziyyətlərinin aradan qaldırılması, qəzalar, travmalar, qanaxmalar və xəsarətlər zamanı ilkin tibbi yardım, yanıq, sınıq və çıxıqların ilkin müalicəsi və s. kimi tibbi