Qlobal çağırışlar və əməkdaşlıq çağırışı
Qlobal Bakı Forumu artıq uzun illərdir ki, qlobal siyasət, təhlükəsizlik, iqtisadiyyat beynəlxalq münasibətlər üzrə aparıcı müzakirə platformalarından biri kimi tanınır. Dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bu forumda qlobal problemləri müzakirə etmək və onların həlli yollarını axtarmaq üçün bir araya gəlirlər. Forumun açılış mərasimində çıxış edən İlham Əliyev müasir dünyada baş verən geosiyasi proseslərə, regional təhlükəsizlik məsələlərinə və beynəlxalq əməkdaşlığın əhəmiyyətinə geniş şəkildə toxunmuşdur.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, müasir beynəlxalq münasibətlər sistemi ciddi sınaqlarla üz- üzədir. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, iqtisadi qeyrisabitlik, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər qlobal səviyyədə yeni çağırışlar yaradır. Bu baxımdan Qlobal Bakı Forumunun əsas məqsədi beynəlxalq dialoqu gücləndirmək, müxtəlif ölkələr və təşkilatlar arasında əməkdaşlıq mühitini inkişaf etdirmək və qlobal problemlərin həlli üçün ortaq yanaşmalar formalaşdırmaqdır.
Dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna da diqqət çəkmişdir. O bildirmişdir ki, Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirərək həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın inkişafına töhfə verir.
Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı, humanitar təşəbbüsləri və beynəlxalq layihələrdə fəal iştirakı ölkənin qlobal platformalarda nüfuzunu daha da artırır.
Prezident İlham Əliyev çıxışında xüsusilə regional təhlükəsizlik məsələlərinə toxunaraq regionda sabitliyin təmin olunmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, sülh və sabitlik yalnız beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin qorunması əsasında mümkün ola bilər.
Azərbaycanın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirdiyini bildirən Prezident, regionda davamlı sülhün təmin olunması üçün dialoq və əməkdaşlığın vacibliyini xüsusi vurğulamışdır.
Çıxış zamanı Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində oynadığı rol da diqqətə çatdırılmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan uzun illərdir ki, Avropanın və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Enerji resurslarının şaxələndirilməsi və yeni nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələr qlobal enerji bazarında sabitliyin qorunmasına mühüm töhfə verir.
Bununla yanaşı, dövlət başçısı Azərbaycanın humanitar və multikultural dəyərlərə sadiqliyini də vurğulamışdır. Azərbaycan müxtəlif mədəniyyətlərin vəƏ dinlərin dinc yanaşı yaşadığı ölkə kimi beynəlxalq miqyasda tolerantlıq və multikulturalizm modelini təşviq edir. Bu istiqamətdə keçirilən beynəlxalq tədbirlər, forumlar və konfranslar ölkənin humanitar diplomatiyasının mühüm tərkib hissəsine çevrilmişdir.
Prezident İlham Əliyev çıxışında qlobal problemlərin həlli üçün çoxtərəfli əməkdaşlığın vacibliyini xüsusi qeyd etmişdir. O vurğulamışdır ki, beynəlxalq ictimaiyyət yalnız birgə səylər və qarşılıqlı etimad əsasında mövcud çağırışların öhdəsindən gələ bilər. Bu baxımdan Qlobal Bakı Forumu müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında dialoqun gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır.
Sonda dövlət başçısı forum iştirakçılarına müraciət edərək qeyd etmişdir ki, belə beynəlxalq tədbirlər müxtəlif baxışların və ideyaların müzakirəsi üçün geniş imkanlar yaradır. Qlobal Bakı Forumunun əsas məqsədi dünya liderlərini və ekspertlərini bir araya gətirərək sülh, sabitlik və inkişaf naminə ortaq həll yolları tapmaqdır. Bu baxımdan forum beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və qlobal problemlərin müzakirəsi üçün mühüm platforma olaraq qalır.
Beləliklə, Prezident İlham Əliyevin 13-cü Qlobal Bakı Forumundakı çıxışı müasir dünyada mövcud olan siyasi, iqtisadi və təhlükəsizlik çağırışlarına kompleks yanaşmanı əks etdirir. Onun çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi töhfəni və qlobal problemlərin həllində fəal iştirakını bir daha nümayiş etdirmişdir. Forum çərçivəsində səsləndirilən fikirlər beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar ehtiva etməklə yanaşı, qlobal dialoqun inkişafına da mühüm töhfə verir.
Rza XUDİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisi








