Son bir ildə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb

Son bir ildə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb

13 Mart 2026

Son bir il ərzində deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsindən sonra çıxışında deyib.

Baş nazir qeyd edib ki, hökumətin müvafiq qurumları tərəfindən il ərzində 51 müraciət tam şəkildə icra edilib.

"35 müraciətə baxılmaqdadır. Yəqin ki, yaxın zamanlarda bunlar icra olunacaq. Yerdə qalmış 38 müraciətin də üzərində işlər aparılıb. Yəqin ki, onlar da öz həllini tapacaqlar".

Baş nazir Milli Məclisin üzvlərinə hesabata müsbət rəy verdikləri üçün təşəkkür edib.