Naxçıvanda əhalinin sayı artıb
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilən məlumata görə, 1 fevral 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 472 min 444 nəfər təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" -nə bildirilib ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1393 nəfər və ya 0,3 faiz çoxdur.
Statistik göstəricilər muxtar respublikada əhali sayının artım dinamikasının davam etdiyini göstərir.








