Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib -

Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib - FOTO

13 Mart 2026

Martın 13-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 26 iştirakçı qələbə uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, olimpiya sistemi əsasında keçirilən yarışın qalibi bütün görüşlərini üstünlüklə tamamlayan Gənclər və İdman Nazirliyinin əməkdaşı Səfa Mirzəyev olub. Onun finaldakı rəqibi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həsən Əliyev isə ikinci yerə sahib çıxıb. Üçüncü yer uğrunda görüşün qalibi isə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşıs Elçin Ağayev olub.

İlk üç yerin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.