Regional İntellekt Liqasının Naxçıvan üzrə ilk turu keçirilib -

Regional İntellekt Liqasının Naxçıvan üzrə ilk turu keçirilib - FOTO

10 Mart 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Paradoks” İntellektual Oyunlar Klubu və “Xəzər” intellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Regional İntellekt Liqasının birinci turu baş tutub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışmada 7 komanda iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qurun qalibi "Turangheta" komandası olub. İlk üçlüyü müvafiq olaraq "Sansb" və "Padaroks" komandaları tamamlayıblar.

Turnirin ikinci oyunu aprel ayında baş tutacaq. 4 seçim turunun sonunda ən çox xal toplayan komanda Bakı şəhərində keçiriləcək final turunda Naxçıvan regionunu təmsil edəcək.