Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin kollektivi ilə görüş keçirilib -

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin kollektivi ilə görüş keçirilib - FOTO

06 Mart 2026

Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nazir müavini son illər Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın geniş vüsət aldığını, dövlətin bu sahəyə dəstəyi sayəsində infrastrukturunun gücləndirilidiyini, mövcud şəraitin daha da yaxşılaşdırıldığını diqqətə çatdırıb. Ötən il Naxçıvan idmançılarının ölkə və beynəlxalq miqyaslı yarışlarda 444 medal qazandığını xatırladan Məcid Seyidov bu göstəricidə UGİM-də çalışan müəllimlərin də pay sahibi olduğunu deyib. Nazir müavini qazanılan uğurlarla yanaşı məktəb müəllimlərinin öz işinə qarşı məsuliyyətini artırmalı, şagirdlərin fiziki, əqli və tərbiyəvi cəhətdən hazırlığına, o cümlədən dərs yükünün və mövcud tələblərin qarşılanmasına xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb.

Görüşdə nazirlik tərəfindən tabeliyindəki UGİM-də tədris-məşq prosesinin təşkili və davamiyyətlə bağlı aparılan monitorinqlərin nəticələri müzakirə olunub, müəllimlərin təklif və fikirləri dinlənilib.

Sonda Məcid Seyidov tələb və tapşırıqların vaxtında icra olunmasının vacibliyini diqqətə çatdırıb, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.