Naxçıvanlı idmançı növbəti dəfə Azərbaycan çempionu olub

Naxçıvanlı idmançı növbəti dəfə Azərbaycan çempionu olub

04 Mart 2026

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Çempionatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışa Naxçıvan Muxtar Respublikasından qatılan idmançı Əli Əsgərov uğurlu nəticəyə nail olub. Təmsilçimiz 93 kq çəki dərəcəsində çıxış edib və 190 kq ağırlığa tab gətirərək qalib olub. Bu göstərici ilə növbəti dəfə Azərbaycan çempionu olan Əli Əsgərova eyni zamanda muxtar respublikada pauerliftinq idman növünün inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnamə təqdim olunub.

Məlumat üçün bildirək ki, Əli Əsgərov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.