Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub

03 Mart 2026

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib ki, yarışda 18 ölkə mübarizə aparacaq.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.